ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə 18 mart tarixində bu xətt üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edir.
Newscenter.az quruma istinadən bildirir ki, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün Bakıdan və Ağstafadan səfər etmək mümkündür.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",-deyə məlumatda qeyd edilir.
Süleyman