"Mingəçevir" heyətini yeni transferlə gücləndirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahilindən olan Donald Ange ilə mövsümün sonuna qədər müqavilə bağlanıb. 20 yaşlı hücumçunun son klubu Moldova 1 Liqasında çıxış edən “Saksan” olub.
Qeyd edək ki, Donald Ange Moldova təmsilçisinin heyətində 14 oyuna çıxaraq 3 qol vurub və 2 qolun ötürməsini edib.