AZ

Azərbaycanın həndbol millisi Nigeriyaya məğlub olub

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi bu idman növündə inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti dəfə məğlub olub.

"Report"un məlumatına görə, B qrupunda yer alan yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə Nigeriyaya 17:29 hesabı ilə uduzub.

Ötən gün baş tutan matçda Moldova Azərbaycan millisini 33:21 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, martın 13-də yığmanın rəqibi ABŞ olacaq.

Seçilən
37
5
report.az

6Mənbələr