AZ

"Red Bull"un rəsmisi: "Maklaren"ə uduzuruq

"Red Bull"un məsləhətçisi Marko Helmut Formula-1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün favoritini açıqlayıb.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis "Maklaren"in rəqiblərindən bir addım öndə olduğunu deyib.

"Hesablarımıza görə, biz "Mersedes" və "Ferrari"ni qabaqlayırıq. Söhbət bir dövrədən, qısa məsafədən gedir. "Maklaren" hazırda daha sürətlidir", - deyə Marko fikrini tamamlayıb.

Qeyd edək ki, dünya çempionatında mövsümə martın 14-16-da Avstraliya Qran-prisi ilə start veriləcək.

İdman.biz

Seçilən
29
idman.biz

1Mənbələr