AZ

Bakıda yeniyetmə eyvandan yıxılıb öldü

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib...

Poliqon "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə martın 11-i saat 20 radələrində Xətai rayonu, Babək prospekti, ev 70, mənzil 94-də qeydə alınıb.

Belə ki, 2012-ci il təvəllüdlü Hüseyn Emil oğlu Ələkbərli yaşadığı 14 mərtəbəli binanın 7-ci mərtəbəsindəki evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

 

Seçilən
53
17
poliqon.info

10Mənbələr