Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Astara, Bakı-Bərdə, Bakı-Ağcabədi, Bakı-İsmayıllı, Bakı-Kürdəmir, Bakı-Oğuz, Bakı-Naftalan, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Gəncə-Masallı, Bərdə-Göyçay, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Şəki-Zaqatala, Balakən-Zaqatala, Quba-Xaçmaz şəhərlərarası, Nabran-Xudat qəsəbələrarası, eləcə də paytaxtın 332, 333, 334, 335 və 336 nömrəli qəsəbədaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan Publika.az-a verilən məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 10 aprel 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
• İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Astara, Bakı-Bərdə, Bakı-Ağcabədi və Bakı-İsmayıllı istiqamətlərində 5 Lot üzrə aprelin 15-də;
• Bakı-Kürdəmir, Bakı-Oğuz, Bakı-Naftalan və Sumqayıt-Qusar istiqamətlərində 5 Lot üzrə aprelin 18-də;
• Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Gəncə-Masallı, Bərdə-Göyçay və Sabirabad-Lənkəran istiqamətlərində 5 Lot üzrə aprelin 22-də;