AZ

“Mingəçevir” afrikalı hücumçu TRANSFER ETDİ

"Mingəçevir" heyətini gücləndirməkdə davam edir. 

Bizim.Media xəbər verir ki, I Liqa təmsilçisi Fil Dişi Sahilindən olan Donald Ange ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Angenin son klubu Moldova I Liqasında çıxış edən “Saksan” olub. Burada 14 oyunda 3 qol vuran hücumçu 2 məhsuldar ötürmə də edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
22
1
bizim.media

2Mənbələr