AZ

Ukraynada seçki nə vaxt keçiriləcək? - Zelenskidən CAVAB

Ukraynada prezident seçkiləri müharibə başa çatdıqdan və hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək.   Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O deyib ki, “heç kim bilərəkdən heç nəyi təxirə salmayacaq”. “Müharibə bitdikdən sonra hərbi vəziyyət ləğv ediləcək. Hərbi vəziyyətin ləğvindən sonra isə Ukrayna qanunvericiliyinə uyğun olaraq seçkilər keçiriləcək”, - Zelenski Kiyevdə mətbuat konfransında bildirib. Zelenski qeyd edib ki, əsas mərhələ atəşkəsdir.

“Biz atəşkəsə hazırıqmı? Bəli. Məsələ Rusiya tərəfinin buna hazır olub-olmamasıdır”, - Ukrayna lideri vurğulayıb.

Seçilən
7
1
manset.az

2Mənbələr