AZ

YAP Sabirabad rayon təşkilatı “Əbədi Zəfərin Memarı: Prezident İlham Əliyevin Tarixi Missiyası və Liderlik Fenomeni” mövzusunda tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı Sabirabad rayon Cavad kənd 2 nömrəli ümumtəhsil məktəbində “Əbədi Zəfərin Memarı: Prezident İlham Əliyevin Tarixi Missiyası və Liderlik Fenomeni” mövzusunda tədbir keçirmişdir.

Tədbir də ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının məsləhətçisi Tural Hüseynzadə, Ağadadaş Həsənov, Cavad kənd 2 nömrəli ümumtəhsil məktəbinin direktoru Aydın Bağırov, Cavad kənd 1 nömrəli ümumtəhsil məktəbinin direktoru Həsən Paşayev, məktəbin müəlliməsi Günay Qarayeva bildiriblər ki, 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmiz böyük tərəqqi əldə etmişdir. Prezident İlham Əliyev YAP sədri olaraq partiyanın inkişafını təmin etmiş və onu ölkənin siyasi həyatında aparıcı qüvvəyə çevirmişdir. YAP-ın xalqla sıx əlaqələri və dövlət quruculuğundakı rolu onun liderliyi ilə daha da möhkəmlənmişdir. Daha sonra diqqətə çatdırılıb ki, dövlət idarəçiliyində şəffaflığın təmin olunması, iqtisadi inkişaf tempinin artırılması, əhalinin sosial rifahının yaxşılaşdırılması, təhsil və səhiyyə sistemlərinin müasirləşdirilməsi onun daxili siyasətinin əsas istiqamətləridir.

Sonda YAP-a yeni üzv qəbul edilmiş bir sıra yeni partiya üzvlərinə partiya biletləri təqdim olunub.

Seçilən
25
yeniazerbaycan.com

1Mənbələr