AZ

Kyellinin vəzifəsi yüksəldilir

style='margin-bottom:10px;'>

İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Corco Kyellininin vəzifəsi yüksəldilir. 

QOL.az xəbər verir ki, bu barədə "La Gazetta Dello Sport" nəşri məlumat yayıb. 

Hazırda sabiq müdafiəçi Turin təmsilçisində beynəlxalq əlaqələr və skautluq şöbəsinin müdiri vəzifəsində işləyir. Lakin klub rəhbərliyi onu idman direktoru təyin etməyə hazırlaşır. 

"Yuventus"da inanırlar ki, bu addım klubda olan mənfi atmosferi düzəldəcək və komanda daha uğurlu çıxış edəcək. 

Qeyd edək ki, hazırda Turin təmsilçisi İtaliya A Seriyasının turnir cədvəlində 52 xalla 4-cü yerdədir. Lider "İnter" 61 xala malikdir.  

Seçilən
12
teleqraf.com

1Mənbələr