AZ

"Lufthansa" Bakıya müntəzəm uçuşlara başlayır

Almaniyanın "Lufthansa" aviaşirkəti maydan etibarən Frankfurt-Bakı-Frankfurt reysi üzrə müntəzəm uçuşlara başlayacaq.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından (ATAA) Axar.az-a bildirilib ki, bu barədə müzakirələr ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla "Lufthansa Group"un satış üzrə baş meneceri Karsten Zang arasında keçirilmiş görüşdə aparılıb.

Qeyd edilib ki, hazırda bu istiqamətdə həftədə 4 dəfə olmaqla uçuşlar həyata keçirilir. May ayından etibarən isə uçuşlar gündəlik olaraq təşkil olunacaq.
Seçilən
19
3
sherg.az

4Mənbələr