AZ

Bakıda maşını əzib sürücünü döyənlər həbs olundu

Paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin xuliqanlıq zəminində “Chevrolet” markalı avtomobilin sürücüsünə xəsarət yetirməsi və əmlaka qəsdən zərər vurmasıfaktı üzrə başlanan cinayət işində təqsirləndirilən şəxslər barədə qərar verilib. 

“Sitat.info”nun əldə etdiyi məlumata görə, cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov,  Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib. 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə ferval ayında baş versə də, görüntülər ötən gün yayılıb və ciddi müzakirələrə səbəb olub. Əməli törətməkdə şübhəli bilinən şəxslər daha əvvəl Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmənin qərarına əsasən, Natiq Mustafakamalov, Vahid Cavadov və Nazim Rəhmanov barəsində 3 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. Azər Zahidli ilə bağlı verilən təqdimat isə təmin olunmayıb və o sərbəst buraxılmışdı.

Seçilən
25
46
sitat.info

10Mənbələr