Adanın tədricən müstəqillik əldə etməsinin tərəfdarı olan Qrenlandiya Demokratlar Partiyasının parlament seçkilərində qələbəsi onu göstərdi ki, yerli sakinlər Amerika lideri Donald Trampın istədiyi kimi Qrenlandiyanın ABŞ-nin bir hissəsi olmasını istəmirlər.
Bu barədə Britaniyanın “The Times” qəzetiyazıb .
Martın 11-də Qrenlandiya parlamentinə seçkilər keçirilib. Demokratlar 29,9% səs toplayıb ki, bu da 2021-ci illə müqayisədə 9% çoxdur. İkinci yeri 24,5% ilə adanın müstəqilliyini müdafiə edən Nalerak partiyası tutub.
Mövsüm