Finlandiya Ukraynaya qoşun yeritmək niyyətində deyil.
Bunu parlamentdə çıxışı zamanı baş nazir Petteri Orpo deyib.
Finlandiya hökumətinin başçısı bildirib ki, biz özümüzə uyğun olan istənilən şəkildə yardım göstərməyə hazırıq, lakin Ukraynaya hərbi personal göndərməyəcəyik.
Orpo vurğulayıb ki, Finlandiya hərbçiləri qonşu ölkənin ordusu ilə münaqişə riski ilə üzləşsələr, son dərəcə təhlükəli vəziyyət yarana bilər.\\Demokrat.az