AZ

Arda İspaniya nəhəngində işləmək istəyir? -

“Eyüpspor”un baş məşqçisi kimi çıxışı ilə diqqət çəkən Arda Turan Ukraynadan təklif alıb. Metbuat.az xəbər verir ki, Ukrayna Liqasının güclü komandası "Şaxtyor" Arda Turana baş məşqçilik təklifi edib. Məlumata görə, Arda təklifi rədd edib. O, mövsümün sonuna qədər “Eyüpspor”da işləmək istədiyini ifadə edib.

Qeyd edək ki, “Eyüpspor”u 1-ci Liqadan Superliqaya daşıyan Arda Turan, Superliqadakı uğurları ilə də diqqət çəkib. Bundan əvvəl, Arda Turan müsahibəsində, "Gələcəkdə oynadığım klublarda məşqçilik etmək istəyirəm. Avropada işləmək arzum var” deyə bildirmişdi. Arda Turan Türkiyə xaricində “Barselona” və “Atletiko Madrid” kimi klubların formasını geyinib. “Atletiko Madrid” rəhbərliyinin Ardanın xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi.

Seçilən
18
metbuat.az

1Mənbələr