AZ

Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın OLDU

Goranboyda yanğın hadisəsi qeydə alınıb.

Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində baş verib.

Qəsəbə ərazisində yerləşən Nərimanlı kənd sakini 1959-cu il təvəllüdlü C.Cəfərova məxsus Nukoil YDM-də təmir işləri aparan zaman anidən yanğın başlayıb.

Son Yazılar:

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yanacaqdoldurma məntəqəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
34
6
viral.az

3Mənbələr