Birləşmiş Ərəb Əmirlikləri prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş ABŞ Prezidenti Donald Trampın məktubunu İrana çatdırıb.
Axar.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı İnstaqram hesabında paylaşım edib.
Qeyd edək ki, Tramp İranın ali dini lideri Əli Xameneiyə məktub göndərdiyini və onu nüvə danışıqlarına dəvət etdiyini bildirmişdi. Xamenei isə İran hökumət rəsmiləri ilə həftəlik görüşü zamanı vurğulamışdı ki, Tehran yalnız öz maraqlarını düşünən ölkələrlə danışıqlar aparmayacaq.