“Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir”.


Rekord.az xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis "Neftçi"yə qarşı Azərbaycan Kubokunun 1/4 final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.


Mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:


“Komandaya iradım yoxdur. Bacardıqlarını etdilər. Təbii ki, Endər Poladxanlının yoxluğu yerli oyunçu rotasiyası zamanı hiss olunurdu. Həm rotasiya, həm oyun planı baxımdan yeri görünürdü. Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir. Çünki rəqib də oyunu təhlil edib, səhvlərindən nəticə çıxarıb, daha yaxşı oynamağa çalışır. Sona kimi mübarizə apardıq. Növbəti matçlarda yaxşı nəticə əldə etməyə çalışacağıq”.


"Neftçi" - "Sabah" qarşılaşması birincilərin 85:81 hesablı qələbəsi ilə yekunlaşıb.