Azərbaycan I Liqa təmsilçisi “Mingəçevir” heyətinə Fild Dişi Sahilindən olan futbolçu qatıb.
Publika.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “şəhərlilər” Donald Angeni sıralarına cəlb ediblər.
20 yaşlı oyunçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.