AZ

"Borussiya", “Aston Villa”, “Arsenal” və "Real Madrid" 1/4 finalda - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, Dortmund "Borussiya"sı səfərdə Fransa "Lill"inin qonağı olub. Gərgin və maraqlı keçən matçda Dortmund təmsilçisi inamlı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

"Aston Villa" doğma meydanda "Brügge"ni qəbul edib və rəqibinə qalib gələrək mərhələyə adlayan tərəf olub.

"Arsenal" da səfərdə PSV-nin qonağı olub və bu görüşdə "topçular" rəqibini topa tutaraq darmadağınlı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

"Real" isə səfərdə "Atletiko"nun qonağı olub. Bu görüşdə meydan sahibləri minimal hesabla qalib gəlib. İlk oyunun nəticəsinə görə əlavə vaxt oynanılıb və burda tərəflər fərqlənə bilməyib. Sonda penaltilər seriyasına ehtiyac duyulub. Burda daha dəqiq olan "Real Madrid" klubu növbəti mərhələyə adlayıb.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

12 mart

21:45. “Lill” (Fransa) - “Borussiya Dortmund” (Almaniya) - 1:2

Qollar: J.David, 5, E.Can,54, (pen), M.Beyer, 65

İlk oyun - 1:1.

00:00. “Atletiko” (İspaniya) - “Real” (İspaniya) - 1:0 (pen 2:3)

Qollar: K.Kallager, 1

İlk oyun - 1:2.

00:00. “Arsenal” (İngiltərə) - PSV (Niderland) - 2:2

Qollar: O.Zinçenko, 6, İ.Perisiç, 18, D.Rays, 37, C.Driouç, 70

İlk oyun - 7:1.

00:00. “Aston Villa” (İngiltərə) - “Brügge” (Belçika) - 3:0

Qollar: M.Asensio, 50, 61, L.Maatsen, 57

İlk oyun - 3:1.

Seçilən
21
1
90deqiqe.az

2Mənbələr