AZ

Nazirdən Rahib Qarayevin qızı ilə bağlı QƏRAR: Rütbəsini artırdı + FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Rahib Qarayevin qızı ilə bağlı nazir Vilayət Eyvazov sərəncam imzalayıb. 

Titul.az-ın əldə etdiyi məlumata görə, sabiq idarə rəisinin qızı Qumral Qarayeva polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 

Qeyd edək ki, DİN-in Şəxsi Heyətlə İş İdarəsinin keçmiş rəisi, polis polkovniki Rahib Qarayev 2021-ci ilin yanvar ayında Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə işdən azad edilib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
11
titul.az

1Mənbələr