AZ

Sərhəddə olan fransız komunaları həyəcan təbili çalır

Fransanın Redanj komunasının meri sərhəd komunalarda fransız şagirdlərin kütləvi şəkildə Lüksemburq məktəblərinə getdiyini bildirib.

Publika.az xəbər verir ki, mer Lüksemburq təhsil sisteminə aludə olan fransız valideynlərin övladlarının qeydiyyatdan keçmək qaydalarını pozduğunu vurğulayıb.

Redanj komunasının meri ibtidai məktəbdə müəllim vəzifəsi ilə bağlı həyəcan təbili çalaraq bildirib ki, bu fenomen Mozel komunasında, eləcə də bütün sərhəd komunalarında müşahidə olunur.

Valideynlər bu qərarlarını Lüksemburqda təhsilin, xüsusilə də xarici dil öyrənmənin daha effektiv olması ilə əsaslandırırlar. Onların fikrincə, Lüksemburqda məktəbdən kənar fəaliyyətlər təklif olunur.

“Bir sözlə, valideynlər hesab edirlər ki, Fransa məktəb sistemi kifayət qədər yaxşı fəaliyyət göstərmir”, - deyə mer bildirib.

Seçilən
9
2
publika.az

3Mənbələr