Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq. Bu, Ukrayna üçün danışıqlarda “qırmızı xətt”dir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Mən prezident kimi konstitusiyamızı pozmayacağam, əksinə xalqımızı və torpağımızı müdafiə edərək suverenliyimizi və müstəqilliyimizi müdafiə edəcəyəm”, - deyə Zelenski vurğulayıb.
Zelenski əlavə edib ki, Ukrayna müstəqillik uğrunda mübarizə aparır və buna görə də Rusiya tərəfindən işğal edilmiş heç bir ərazini tanımayacaq.
“Xalqımız bunun üçün döyüşüb, qəhrəmanlarımız həlak olub. Ona görə də bunu heç kim unutmayacaq. Biz Ukraynaya qarşı törədilən bu cinayəti heç kimə unutdurmayacağıq”, - deyə dövlət başçısı bildirib.