AZ

Hansı düymələr çətin vəziyyətdə köməyə gələ bilər? - Avtomobilin çox bilinməyən faydalı funksiyaları

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avtomobillər müxtəlif funksiyalarla təchiz edilsə də, bir çox sürücülər alətlər panelindəki yalnız əsas düymələrdən istifadə etməyə davam edirlər. Lakin bir neçə düymə var ki, onlar haqqında məlumatlı olmaq faydalıdır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Pravda.ru" nəşri yazıb.
Bu düymələrdən biri "Shift Lock Release"dir. Bu, avtomatik ötürmə qutusunun selektorunun yanında, qapağın altındakı kiçik bir düymədir. Mühərrik işə düşmədikdə və ya akkumulyator söndüyü zaman, bu düymə ötürücü qutunun kilidini açmaq üçün istifadə olunur.
Digər gözə çarpmayan element isə "Valet" düyməsidir. Bu düymə adətən siqnalizasiya sistemi quraşdırıldığı zaman gizlədilir. Brelok (açar) qəfil işləmədikdə, bu düymə mühafizə sistemini söndürməyə kömək edir.
Bəziləri unudurlar ki, ön sərnişinin hava yastığını söndürmək mümkündür. Bu, xüsusilə uşaqların kresloda aparıldığı zaman vacibdir. Bunun üçün saxlanc yerində və ya ön panelin ucunda olan kilidi tapmaq və alışdırma açarı ilə çevirmək lazımdır.
Həmçinin az adam pəncərə qaldırıcıları üçün uzaqdan idarəetməni istifadə edir. Sadəcə brelokdakı açma düyməsini bir neçə saniyə basıb saxlamaq kifayətdir, bu zaman bütün pəncərələr aşağı düşür.
Əgər avtomobildə arxa qapıların kilidlənməsi funksiyası varsa, xüsusilə də arxa oturacaqda uşaqlar olduğu zaman ondan istifadə etmək məqsədəuyğundur. Bu qapının ucundakı ötürücü onu yalnız kənardan açmağa imkan verir.
Və nəhayət, soyuq havada və ya küçədən xoşagəlməz qoxular gəldikdə, havanın resirkulyasiyası (təkrar dövriyyəsi) düyməsi kömək edəcək. Bu düyməni işə salmaq salonun daha tez qızdırılmasına və ya işlənmiş qazların avtomobilin içərisinə daxil olmasının qarşısının alınmasına imkan verir.
Seçilən
16
50
oxu.az

10Mənbələr