Ötən gün beyninə qansızması nəticəsində vəfat edən Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, balet ustası Tamilla Şirəliyeva bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Bu barədə Oxu.Az-a onun yaxınları məlumat verib.
Qeyd olunub ki, Xalq artisti ilə vida mərasiminin bu gün saat 10:30-dan 12:00-a qədər Təzəpir məscidində keçirilməsi nəzərdə tutulub.
"Tamilla xanımın həyat yoldaşı çoxdan dünyasını dəyişib. Teymur adlı bir oğlu var. Təəssüf ki, anasının dəfnində iştirak edə bilməyəcək. Çünki ABŞ-də yaşayır. Sənədlərində yaranan problemlə bağlı dəfndə iştirakı mümkün olmayıb", - deyə yaxını bildirib.
Xatırladaq ki, Tamilla Xudadat qızı Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. O, ötən gün 79 yaşında vəfat edib.
8Mənbələr
-
konkret.azXalq artisti dəfn edilir – FOTOLAR ( 16015149)
-
bakuinfo.netXalq Artisti Tamilla Şirəliyeva dəfn edilir - FOTO ( 16014371)
-
cebheinfo.azÖtən gün vəfat edən Xalq artisti dəfn edilir - FOTOLAR ( 16013413)
-
editor.azÖtən gün vəfat edən Xalq artistinin dəfn yeri MƏLUM OLDU ( 16005043)
-
kulis.azXalq artistinin dəfn yeri məlum oldu ( 16004597)
-
demokrat.azÖtən gün vəfat edən Xalq artistinin dəfn yeri məlum oldu — FOTOLAR ( 16003987)
-
yenisabah.azÖtən gün vəfat edən Xalq artistinin dəfn yeri MƏLUM OLDU ( 16003801)
-
oxu.azÖtən gün vəfat edən Xalq artistinin dəfn yeri MƏLUM OLDU ( 16003781)