AZ

Azərbaycanda bank kartları ilə ödənişlər artıb

2025-ci ilin yanvar ayında Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 69,9 milyon əməliyyat həyata keçirilib. Bu əməliyyatların ümumi məbləği 3 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 27,4 milyon ədəd və ya 64,4%, məbləğ üzrə isə 1 milyard manat və ya 51% artıb.

Bundan əlavə, yanvar ayında BKM vasitəsilə 28,6 min ədəd həcmdə 7 milyon ABŞ dolları məbləğində ödəniş emal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 45,9%, məbləğ üzrə isə 48,9% artım deməkdir.

Həmçinin ölkədə BKM vasitəsilə 16,5 min ədəd həcmdə 2 milyon avro dəyərində ödənişlər həyata keçirilib. Bu, ötən ilin yanvar ayına nisbətən əməliyyat sayında 32%, məbləğ üzrə isə 33,3% artım deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
9
fins.az

1Mənbələr