Məlum olduğu kimi bazar ertəsi ''Trabzonspor''da 5-ci Şenol Günəş dönəmi başa çatdı.
''Football-plus.az'' xəbər verir ki, evdə iddiasız ''Hatayspor'' ilə oyunda (1:2) qeydə alınan məğlubiyyətin ardından təcrübəli mütəxəssislə yollar ayrıldı. Amma Günəş baş məşqçi vəzifəsindən ayrılsa da, mövsümün sonuna qədər klubda idman direktoru kimi çalışacaq. Yeni məşqçi isə gözlənildiyi kimi Fatih Təkkə oldu.
Azarkeşlər onun yolunu çoxdan gözləyirdi. 47 yaşlı mütəxəssislə beşillik müqavilə imzalanıb. Qeyd edək ki, Təkkə Trabzonda doğulub və futbolçu kimi bu klubun əfsanələrindən sayılır. ''Altyapı'' illərini də nəzərə alsaq, o, ''Trabzonspor''da ümumilikdə 15 il keçirib. Məşqçiliyə isə Təkkə 2015-dən başlayıb və daha öncə ''Boluspor'', ''Manisaspor'', ''İstanbulspor'', ''Bursaspor'', ''Dənizlispor'', ''Alanyaspor''u çalışdırıb.
Düzdü, onun hələ ki, məşqçi kimi ciddi bir uğuru yoxdu. Amma Təkkə potensiallı məşqçilərdən hesab olunur. Bu üzdən ona həm doğma olan, həm də iddialı olan bir klubda necə təsir bağışlayacağı böyük maraq doğurur. Komanda yeni məşqçi ilə debüt oyununu şənbə günü səfərdə ''İstanbul BŞ''yə qarşı keçirəcək.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta