AZ

ABŞ məhkəməsi Trampın daha bir sərəncamının icrasını blokladı: "Siyasi qisasçılıq..."

Bu gün, 09:10

Kolumbiya mərkəzi məhkəməsi prezident Donald Trampın ona qarşı iddia sənədlərini hazırlamaq sahəsində əsas rol oynayan Perkins Coie hüquq şirkətinin fəaliyyətini məhdudlaşdıran sərəncamını qismən bloklayıb.
Reportyor.tv xəbər verir ki, hakim Beril Houellin müvafiq əmri məhkəmənin elektron məlumat bazasında dərc edilib.
Martın 6-da Tramp firmanın məxfi və rəsmi materiallara və federal resurslara çıxışını məhdudlaşdıran sərəncam imzalayıb. Houell sənədin firma işçilərinin federal hökumət binalarına daxil olmasını qadağan edən, həmçinin dövlət podratçılarından şirkətlə iş görüb-görmədiklərini açıqlamağı tələb edən müddəalarının icrasını dayandırıb. Hakim Trampın əmrinin söz azadlığına zəmanət verən Konstitusiyaya Birinci Düzəlişi pozduğunu və qanuni prosesə zidd olduğunu bildirib. O, prezidenti Alisa möcüzələr ölkəsindəki Ürəklər Kraliçasına bənzədib və qeyd edib ki, kraliçanın tələsik - "Başları vurulsun!" – tipli əmrlərini oxumaq əyləncəlidir, lakin amerikalıların Konstitusiyaya əsasən yaşadığı "reallıq ola bilməz": "Prezidentin firmanın müştərilərini, hüquq firmasının bu müştəriləri əsaslı şəkildə təmsil etməkdə tutduğu məhkəmə mövqelərini və ya Perkins Coie-nin müştəriləri üçün əldə etdiyi uğurlu nəticələri bəyənib-bəyənməməsindən asılı olmayaraq, müştərilərin siyasi mənsubiyyəti əsasında şirkətin fəaliyyətini məhdudlaşdırmaq siyasi qisasçılıq olmaqla, Birinci Düzəlişə ziddir”.
Hüquq firmasının tələbi ilə müvəqqəti qərar yalnız Trampın sərəncamının altı müddəasından üçünə şamil edilir, bu, məhkəmə prosesinin bu ilkin mərhələsində yalnız “ən təcili” zərərin aradan qaldırılması cəhdidir: "Əminəm ki, hüquqşünaslar çevrəsində çoxları Perkins Coie-nin başına gələnləri dəhşətlə izləyir".
Bundan əvvəl Tramp başqa bir hüquq firması olan Covington & Burlingin gizli və xidməti məlumatlara çıxışını ləğv edib. Bu şirkət ABŞ-ın keçmiş xüsusi prokuroru Cek Smitlə əməkdaşlıq edib, o, hazırkı prezidentə qarşı məxfi sənədlərin düzgün saxlanmaması, habelə onun 2021-ci ilin yanvarında ABŞ prezident seçkilərində məğlub olmasına baxmayaraq hakimiyyəti saxlamaq cəhdi ilə bağlı iddialar qaldırıb.
Musavat.com

Seçilən
2
Reportyor.tv

1Mənbələr