AZ

Putin Kursk əməliyyatından sonra atəşkəs təklifinə cavab verəcək

Putin

"Fevral ayının 28-də Vaşinqtonda Zelenski-Tramp görüşündə baş verən qalmaqal Rusiyanı məmnun etmişdi. Dünən Səudiyyə Ərəbistanında baş tutan Ukrayna-ABŞ görüşündə 30 günlük atəşkəslə bağlı razılaşmaların ardınca Ukranaya tətbiq olunan hərbi və kəşfiyyat məlumatları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması isə Rusiyanı məyus edib".

Bunu “Reytinq” qəzetinə siyasi şərhçi Oqtay Qasımov deyib.

İndi topun Rusiyanın meydanına olduğunu bildirən O. Qasımov əlavə edib ki, Ukrayna-ABŞ görüşündə 30 günlük atəşkəs razılaşmasına Kremlin cavabı maraqla gözlənilir: “Hələ konkret cavab verilməsə də, Putinin hərbi formada Baş Qərargaha getməsi diqqət çəkir. Hərbi geyimin bir mesaj olub-olmadığı yaxın zamanlarda bilinəcək".


O. Qasımov

O. Qasımovun fikrincə, əgər Rusiya atəşkəsə “yox” deyərsə, o zamanməmnun olma sırası Ukraynaya keçəcək: "Böyük ehtimalla Putin Kurskdakı əraziləri azad etdikdən sonra atəşkəs təklifinə cavab verəcək".

Onu da qeyd edək ki, Rusiyanın işğal olunmuş Kursk vilayətinin 80 faizi artıq rusların nəzarətinə keçib.

Y. QACAR
Reyting.az
Seçilən
2
reyting.az

1Mənbələr