AZ

Qaynayan çaydan 48 yaşlı qadının ölümünə səbəb oldu

Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Tribunainfo.az  “Qafqazinfo”-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Şəhla Dünyamalıyeva yaşadığı evdə qazdan boğularaq ölüb.

Belə ki, o, çaydanı qaz sobasının üstünə qoyub və yataq otağında yuxuya gedib.

Bu zaman qaynayan çaydandan daşan qaynar su sobanın sönməsinə səbəb olub. Nəticədə qaz evə dolub və 48 yaşlı qadın boğularaq ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
10
5
tribunainfo.az

6Mənbələr