AZ

Duda ABŞ-ni Polşada nüvə silahı yerləşdirməyə çağırır

Polşa prezidenti Anjey Duda ABŞ-ni ölkədə nüvə silahı yerləşdirməyə çağırıb.

"Unikal" xəbər verir ki,  onun sözlərini "The Financial Times" nəşri sitat gətirib. 

"Polşa prezidenti ABŞ-ni nüvə silahını Polşa ərazisinə köçürməyə çağırıb", - KİV yazıb. 

Duda nəşrə müsahibəsində ABŞ prezidenti Donald Trampın Amerika və ya Qərbi Avropada yerləşən Amerika nüvə başlıqlarını Polşa ərazisinə köçürə biləcəyini açıq-aşkar adlandırıb. O əlavə edib ki, bu məsələni Amerika liderinin Ukrayna üzrə müşaviri Keyt Kelloqla müzakirə edib.

“NATO-nun sərhədləri 1999-cu ildə şərqə doğru hərəkət edib, ona görə də 26 ildən sonra NATO-nun infrastrukturu da şərqə doğru hərəkət etməlidir”, - Duda əlavə edib.

Gülayə Mecid

Seçilən
2
unikal.az

1Mənbələr