AZ

Mourinyonun istədiyi ulduz futbolçunun adı bəlli oldu -

"Fənərbaxça" Joze Mourinyonun rəhbərliyi altında növbəti mövsüm üçün transfer işlərini davam etdirir. Metbuat.az xəbər verir ki, "Fənərbaxça" icarə əsasında "Yuventus"dan heyətinə qatdığı Filip Kostiçi birdəfəlik transfer etmək istəyir. İtaliya mətbuatının yazdığına görə, Türkiyə nəhəngi “Yuventus”un digər futbolçusu Duşan Vlahoviçi də transfer etmək istəyir. Bildirilir ki, “Yuventus” futbolçunun klubdan ayrılmasına razılıq verib. İddialara görə, "Fənərbaxça" iki futbolçu üçün “Yuventus”a 30 milyon avro təklif edib. Duşan Vlahoviçin prioritetinin İngiltərə Premyer Liqasında futbol oynamaq olduğu bildirilir.

Məlumata görə, Joze Mourinyonun daha əvvəl futbolçu ilə görüşü olsa da, serb ulduz təklifi rədd edib. Amma rəhbərlik bundan əl çəkməyib. Hazırda ingilis hücumçuya taliblərin olmaması "Fənərbaxça"nın əlini gücləndirib.

Seçilən
4
metbuat.az

1Mənbələr