AZ

Ronaldo futbol konfederasiyasının prezidentliyindən imtina etdi

İkiqat dünya çempionu Ronaldo növbəti seçkidə Braziliya Futbol Konfederasiyasının (CBF) prezidentliyinə namizəd olmaqdan imtina edib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Ronaldo qərarının səbəbini belə izah edib:

"27 federasiya ilə ilk təmaslarda 23 bağlı qapı tapdım. Federasiyalar hazırkı administrasiyadan razı qaldıqlarını bildirərək məni qəbul etməkdən imtina etdilər. Layihəmi təqdim edə, fikirlərimi bölüşə bilmədim. Liderlərin əksəriyyəti hazırkı prezidenti dəstəkləyir, bu onların hüququdur, mən buna hörmət edirəm".

Qeyd edək ki, seçki 2026-cı ilin martından gec olmayaraq keçirilməlidir.

Seçilən
1
3
axar.az

5Mənbələr