Rusiya prezidenti Vladimir Putin orduya Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrini tezliklə məğlub etmək əmrini verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-ın yaydığı məlumatda bildirilib.
“Həqiqətən də, bizim yaxın gələcəkdə vəzifəmiz Kursk vilayətinin ərazisinə soxulmuş və burada hərbi əməliyyatlar aparan düşməni ən qısa müddətdə nəhayət məğlub etməkdir”, - Rusiya prezidenti sərhəd bölgəsində komandanlıq məntəqələrindən birində keçirdiyi müşavirədə bildirib.
Rusiya prezidenti hərbi geyimdə Kursk qrupunun komanda məntəqəsinə baş çəkib və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun hesabatını dinləyib.
Bu, Ukrayna Silahlı Qüvvələrinin bölgəyə hücumundan sonra Putinin Kursk vilayətinə ilk səfəridir.