AZ

Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulur

Bu gün keçiriləcək 8 oyunla futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, 1/8 finalın cavab qarşılaşmalarının hamısı eyni günə təsadüf edəcək.

Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə “Reyncers”in qonağı olacaq. Şotlandiya klubu ilk oyunda qalib gəldiyi üçün İstanbul təmsilçisinin mərhələ adlamaq şansları yüksək qiymətləndirilmir.

İngiltərənin “Mançester Yunayted” komandası evdə “Real Sosyedad”la (İspaniya) qarşılaşacaq. İspaniyanın digər təmsilçisi “Atletik” (Bilbao) isə doğma meydanda İtaliya klubu “Roma” ilə üz-üzə gələcək. İtaliya paytaxtını təmsil edən digər komanda – “Latsio” da evdə Plzen “Viktoriya”sı ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında 1/4 final mərhələsinin ilk görüşləri aprelin 10-da, cavab qarşılaşmaları isə ayın 17-də keçiriləcək.

Avropa Liqası
1/8 finalın cavab oyunları
13 mart

21:45. “Latsio” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya)
İlk oyun – 2:1.

21:45. “Olimpiakos” (Yunanıstan) – “Bodo Qlimt” (Norveç)
İlk oyun – 0:3.

21:45. “Ayntraxt” (Almaniya) – “Ayaks” (Niderland)
İlk oyun – 2:1.

21:45. “Atletik” (Bilbao, İspaniya) – “Roma” (İtaliya)
İlk oyun – 1:2

00:00. “Tottenhem” (İngiltərə) – “Alkmaar” (Niderland)
İlk oyun – 0:1.

00:00. “Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya)
İlk oyun – 1:1.

00:00. “Olimpik” (Lion, Fransa) – “Styaua” (Rumıniya)
İlk oyun – 3:1.

00:00. “Reyncers” (Şotlandiya) – “Fənərbağça” (Türkiyə)
İlk oyun – 3:1.

Seçilən
1
11
arena.az

10Mənbələr