AZ

Beyləqanda QƏZA:6 nəfər xəsarət aldı- VİDEO - YENİLƏNİB

Martın 12-də saat 17:00 radələrində Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib.

Məlumata görə, onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

2003-cü il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər 4 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.

Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilən şəxslərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

***10:00

Beyləqanda 6 nəfərin xəsarət almasınlar nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ" 21015 markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə ümumilikdə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
5
2
avtosfer.az

10Mənbələr