AZ

Emin Əmrullayev Latviya Basketbol Assosiasiyasının prezidenti ilə görüşdü

12 mart Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Federasiyanın vitse-prezidenti Fərrux Mahmudovla birlikdə ölkəmizdə işgüzar səfərdə olan Latviya Basketbol Assosiasiyasının prezidenti Raymonds Veyonis və digər nümayəndələri ilə görüşüb.

Futbolpress.az xəbər verir ki, görüşdə iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsi və qarşıdakı planlar müzakirə edilib.

Raymonds Veyonis Federasiyanın uşaq basketbolunun inkişafına dair böyükmiqyaslı planları ilə tanış olaraq bu işləri yüksək qiymətləndirib.

Bundan əlavə, 3×3 basketbolun qarşılıqlı olaraq ölkələr arasında sistemli inkişaf etdirilməsi də görüşün əsas müzakirə mövzularından biri olub.

Qeyd edək ki, görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.

Seçilən
0
11
futbolpress.az

10Mənbələr