Harri Keyn Çempionlar Liqasında yeni uğura imza atıb.
“Opta Sports”un yaydığı məlumata əsasən, o, buna 1/8 finalın “Bayer-04”lə cavab oyununda (2:0) nail olub. Harri cari mövsüm turnirdəki qollarının sayını 10-a çatdırıb. 31 yaşlı hücumçu Çempionlar Liqasının bir mövsümündə 10 qol vurmağı bacaran ilk ingiltərəli futbolçu olub.
Keyn bu mövsüm bütün turnirlərdə 36 matça çıxıb, 32 qol vurub və 11 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta