F-1.az xəbər verir ki, avstraliyalı pilotla əvvəlki razılaşma 2026-cı ilə qədər nəzərdə tutulmuşdu, lakin indi tərəflər yeni “çoxillik müqavilə” imzalayıblar.
Oskar Piastri: “McLaren-in çoxillik strategiyasının bir elementi olduğumu bilmək xoşdur. 2022-ci ildə müqavilə imzaladığımız zaman komanda mənə inandı. McLaren-i zirvəyə qaytarmaq üçün son iki mövsümdə keçdiyimiz yol inanılmaz oldu.
Vokinqdəki bazada karyeramın lap əvvəlində Formula1 yarışını qazanmağıma kömək edən çoxlu istedadlı mütəxəssis çalışır. Bu əfsanəvi komandanı daha uzun illər təmsil edəcəyimlə çox fəxr edirəm.
McLaren pilotu kimi qələbələr uğrunda mübarizə aparmaqdan məmnunam. Keçən mövsümün fantastik nailiyyətlərindən sonra mübarizənin ön sıralarında qalmaq istəyim daha da gücləndi”.
Zek Braun: “Oskarın McLaren-lə müqaviləsinin uzadılmasını təsdiqləyə bilməyimiz sadəcə fantastikdir. O, təkcə istedadlı pilot deyil, onun işə münasibəti və iş etikası müqavilənin uzadılmasını aydın seçim etdi.
Formula1-də ən yaxşı pilot heyətinə sahibik və son iki mövsümdə Oskarın həm trasda, həm də onun xaricində komanda üçün nə qədər faydalı olduğunu gördük. O, keçən mövsüm Mühəndislər Kubokunda qələbəyə fundamental töhfə verdi, buna görə də biz birlikdə çempionluq titulu uğrunda mübarizəni davam etdirərkən, onun qarşıdakı illərdə hansı nəticələrə nail olacağını öyrənmək bizim üçün maraqlıdır”.
Andrea Stella: “Oskarla əməkdaşlığın davam etdirilməsi ona olan inamımızın simvoludur, həmçinin titul uğrunda mübarizə aparmaq üçün birgə istəyimizi əks etdirir. Son iki mövsümdə Oskarla işləmək xoş oldu. O özünün necə heyrətamiz istedada sahib, işə necə sadiq olduğunu və bir şəxsiyyət kimi komandaya necə töhfə verdiyini sübut etməyə davam edir.
Lando Norrislə birlikdə uzunmüddətli perspektivdə irəliləmək üçün lazım olan hər şeyə sahibik. Oskarın inkişafını davam edəcəyini gözləyirəm və bilirəm ki, onu böyük uğur gözləyir”.