AZ

İcra başçısının qanunsuz fəaliyyət göstərən şirkəti 2 milyon manat CƏRİMƏLƏNDİ / FOTO

Hacıqabul rayonunun icra başçısı Sevindik Hətəmova məxsus şikətdə çox sayda qanunsuzluq aşkarlanıb.

Ulusal.az xəbər verir ki, bu barədə mühüm məlumatlar daxil olub.

Bildirilib ki, icra başçısının qohum-əqrabasının nəzarətində olan “Günüy” MMC-də qanunsuz  fəaliyyətinə görə, 2 milyon manat cərimə olunub. Şirkət fəliyyətində yol verdiyi çox sayda qanun pozuntularına görə, ETSN yüksək məbləğdə cərimələyib. Aparılan araşıdırılmalardan məlum olub ki, “Günüy” MMC adı altında illərdir fəaliyyətdə olan “Güzdək” daş karxanası ümumiyyətlə heç bir qanuni sənədə sahib deyil. Günlük qazancı yüz min manatlarla ölcülən qanunsuz işlədilən daş karxanası insan əməyni də istisimar etməkdən çəkinmir. Günlük muzdlu işlədilən insanların həyatını təhlükəyə atan şirkət, ərazidə heç bir təhlükəsizlik tədbirləri belə görürlmədiyi bilidirilir. Xülasə, pul qazanmaq üçün qanunları mişar daşı kimi kəsib satmaqla məşğul olan “Günüy” MMC sahibi çox pul qazanmaq xatirinə əmək müqqaviləsi olmadan vətəndaşları müzdlu işlədərək hüquq hüdudlarını taptamaqdan da çəkinməyib.

Məlumatda daha sonra bildirilir ki, icra başçısı S.Hətəmov tutduğu vəzifəsindən istifadə edərək onun qızının adına olan şirkət ilərdir vergidən yayınıb və  ETSN-dən müvafiq sənədlər almadan torpağdan istiadə edərək ərazini dağıdıb.

Onunda bildirək ki, məlumatda illərdir qanunsuz fəaliyyət göstərən “Günüy” MMC dövlətə vurduğu zərərə görə 2 milyon manat civarında cərimələnsə də icra başçısı öz əlaqələrin işə salaraq cərimənin ödənilməsinin hələdə kecikdirildiyi də deyilir.Kainat


Güzdək
Güzdək

Seçilən
18
5
moderator.az

6Mənbələr