Martın 14-də gözlənilən tutulmanın maksimum mərhələsində Ay diski qırmızıya çevrilə bilər.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Moskva Planetariumunun mətbuat xidməti məlumat yayıb.
“Ayın gecə səmasında demək olar ki, görünmədiyi və ya Ayın tam fazada aydın göründüyü zaman, qaranlıqlaşma çox intensiv ola bilər. Martın 14-də Bakı vaxtı ilə saat 10:59-da tam tutulmanın maksimum mərhələsi başlayacaq. Bu anda Ayın qaralması (qırmızılaşması) maksimum həddə olacaq”, - deyə astronomlar bildirib.
Qeyd olunub ki, Ay bir saatdan çox müddətə Yerin kölgəsində qalacaq. Atmosferin vəziyyətindən və bəzi digər amillərdən asılı olaraq, Ay diskinin qaralması tutulmadan tutulmaya qədər fərqlənə, qırmızı rəngin intensivliyi isə boz-qəhvəyidən narıncıya qədər dəyişə bilər.
Daşqın HəsənovMissiya.Az