AZ

Azərbaycanda yemək tenderləri: 100 milyonluq sifariş 2 şirkətə çatıb - QURUMLAR, ŞİRKƏTLƏR, SİYAHI 

Azərbaycanda dövlət sifarişlərinin həyata keçirildiyi sahələrdən biri də yemək tenderləridir.

Dövlət qurumlarının audit tenderlərini kimlər udur? - MƏBLƏĞLƏR, ŞİRKƏTLƏR - SİYAHI

FED.az xəbər verir ki, yemək tenderləri artıq çoxdandır ki, milyonluq rəqəmlərlə ölçülür və özəl şirkətlər/şəxslər bu sahədə ciddi sifarişlər alırlar. 

Belə ki, son iki ildə  - 2023-2024-cü illərdə - dövlət qurumları yemək alışına 143 milyon manat xərcləyiblər. Bu sahədə bir neçə şirkət ardıcıl olaraq iri sifarişlər əldə edib və onların arasında bəzi adlar xüsusilə seçilir. 

Yemək alan qurumların siyahısına Elm və Təhsil Nazirliyi başçılıq edir. Ümumi məbləği 143 milyon manat olan yemək tenderlərinin 121 milyon manatı

FED.az xəbər verir ki, son 2 ildə ən çox yemək tenderi qazanan şirkət "Tais İKF" MMC-dir. Şirkət 5 tenderlə ümumilikdə 53,6 milyon manatlıq sifariş əldə edib.

Elm və Təhsil Nazirliyinin əsas yemək şirkəti - "Tais İKF" MMC-dir, şirkətin udduğu bütün yemək tenderləri nazirliyə məxsusdur.

Ən iri müqavilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin qidalanması üçün bağladığı 14,3 milyon manatlıq tender olub.

“Tais İKF” MMC – 1994-cü ildə yaradılıb, 30 illik şirkət olsa da, nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur. Hüquqi ünvanı AZ1029, Bakı Şəhəri Nərimanov Rayonu, Ələsgər Qaibov, ev 5  ünvanında yerləşir.

Yemək tenderlərində digər böyük oyunçu "El-Oba" QSC-dir. Onun da əsas sifarişçisi Elm və Təhsil Nazirliyidir. Cəmi 2 tender üzrə 43,9 milyon manatlıq sifariş qazanmış "El-Oba" QSC şirkəti Bakı şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələrinin yemək təminatını həyata keçirməklə məşğuldur.

Qeyd edək ki, “El-Oba” QSC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vüsal Niftiyev Maşalla oğludur. Hüquqi ünvanı AZ1117, Bakı Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Yeni Yaşayış Sahəsi, ev 6 ünvanında yerləşir.

 Yemək tenderlərində fiziki şəxslər də aktivdir – onlardan ən çox tender qazanan şəxs Ziyafət İsa Oğlu Fərzəliyevdir. Yuxarıdakı şirkətlərdən fərqli olaraq Ziyafət Fərzəliyev Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyi ilə işləyir və nazirliyin 3 tenderindən  13 milyondan çox sifariş əldə edib.

Bölgələrdə təhsil müəssisələrinin yeməklə təchizatında aktiv olan "Məişət İST" MMC şirkəti 2 tenderlə 11,4 milyon manatlıq sifariş götürüb. 2 tender udan daha bir şirkət "Sabko" MMC isə ümumilikdə 10,6 milyon manatlıq sifariş alıb. Hər iki şirkətin sifarişçisi Elm və Təhsil Nazirliyidir.

Qeyd edək ki, “Sabko” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Amil Sadiqov Telman oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Mikayıl Rəfili, ev 30, m. 5 ünvanında yerləşir.

Qeyd edək ki, “Məişət İST” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 574 640 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nicat Cəfərov İzahat oğludur. Hüquqi ünvanı AZ1149, Bakı Şəhəri Xətai Rayonu, Əhmədli Ştq, General Şıxlinski, ev 1A ünvanında yerləşir.

"Seaport Catering" MMC  şirkəti də 2 tender udub ama rəqibləri ilə müqayisədə nisbətən kiçik məbləğdə tenderlərin qalibi seçilib. Udduğu tenderlərin dəyəri 1 661 350 manat təşkil edir. Qeyd edək ki, “Seaport Catering” MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 325 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Namiq Həsənov Rizvan oğludur. Hüquqi ünvanı AZ1141, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid pr., ev 528 məhəllə, ev v, m. 25 ünvanında yerləşir.

Sayca çox tender udmayan, lakin yüksək məbləğli sifariş qazanan şirkətlərdən biri də "Gulay-Food" MMC-dir. Şirkət yalnız bir tender udsa da, onun dəyəri 6,1 milyon manat olub və bu, sosial xidmət müəssisələrinin sakinlərinin yeməklə təmin edilməsi xidmətinə aid olub. Qeyd edək ki, “Gulay-Food” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı cəmi 1 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Natiq Əlisoy Hüseyn oğludur. Hüquqi ünvanı AZ1031, Bakı şəhəri Nizami rayonu, Əzim Əzimzadə, ev 5, m. 3 ünvanında yerləşir.

Daha kiçik sifarişlər qazanan şirkətlər də var, amma milyonluq tenderlər əsasən yuxarıda adı çəkilən şirkətlər arasında bölüşdürülüb. Dövlətin yemək xidmətlərinə ayırdığı bu böyük məbləğlər göstərir ki, bu sahə kifayət qədər gəlirli və rəqabətli bazardır.

Daha detallı məlumat aşağıdakı cədvəldə:

Satınalan təşkilat

Tenderin qalibi

VÖEN

Satınalma predmeti

Məbləğ

Tarix

 

"Tais İKF" MMC -nin udduğu tenderlər

1

“Dövlət İmtahan Mərkəzi" PHŞ

"Tais İKF" MMC

1400019741

Yeməklərin hazırlanması və çatdırılması xidmətinin satınalınması


201 662 AZN


26.04.2024

2

Təhsil Nazirliyi Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

"Tais İKF" MMC

1400019741

2024-cü il ərzində Gəncə şəhəri, Bakı şəhərinin Səbail və Nizami rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması


12 086 074 AZN


09.01.2024

3

Təhsil Nazirliyi Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

"Tais İKF" MMC

1400019741

Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatının satın alınması


14 311 290 AZN


16.01.2024

4

Təhsil Nazirliyi Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

"Tais İKF" MMC

1400019741

Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatının satın alınması

14 311 290 AZN

30.12.2023

5

Təhsil Nazirliyi Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

"Tais İKF" MMC

1400019741

2023-cü il ərzində Bakı şəhəri (Səbail və Nizami rayonları) və Gəncə şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması

 

12 704 454 AZN

 

20.02.2023

Cəmi: 53 614 770 AZN

 

Ziyafət İsa Oğlu Fərzəliyevin udduğu tenderlər

1

ƏƏSMN

"Sosial Xidmətlər Agentliyi" PHŞ

Ziyafət İsa Oğlu Fərzəliyev

1803349532

Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınması


9 308 116 AZN


26.12.2024

2

ƏƏSMN

"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" PHŞ

Ziyafət İsa Oğlu Fərzəliyev

1803349532

Agentliyin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin hazır yeməklə təmin edilməsi xidməti


3 336 258 AZN


29.03.2024

3

ƏƏSMN

"Sosial Xidmətlər Agentliyi" PHŞ

Ziyafət İsa Oğlu Fərzəliyev

1803349532

Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yemək ilə təmin edilməsi xidmətlərinin satın alınması

430 000 AZN

07.01.2024

Cəmi: 13 074 374 AZN

 

"El-Oba" QSC-nin udduğu tenderlər

1

Təhsil Nazirliyi Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

"El-Oba" QSC

1005876511

2024-cü il ərzində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması


32 872 634 AZN


09.01.2024

2

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

“El-Oba” QSC

1005876511

2023-cü il ərzində Bakı şəhəri (Binəqədi və Nərimanov rayonları) ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması

 

11 109 016 AZN

 

20.02.2023

Cəmi: 43 981 650 AZN

 

1

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

“Məişət İST” MMC

2001554431

2024-cü il ərzində Bərdə, Ağcabədi və Tərtər rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması


8 268 094 AZN


09.01.2024

2

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

“Məişət İST” MMC

2001554431

2023-cü il ərzində Bərdə rayon ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması

 

3 150 431 AZN

 

20.02.2023

Cəmi: 11 418 525 AZN

“Sabko” MMC-nin udduğu tenderlər

1

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

“Sabko” MMC

1402899701

2024-cü il ərzində Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması


5 984 196 AZN

09.01.2024

2

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

“Sabko” MMC

1402899701

2023-cü il ərzində Mingəçevir şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması

4 702 748 AZN

 

20.02.2023

Cəmi: 10 686 944 AZN

"Seaport Catering" MMC-nin udduğu tenderlər

1

"Azəralüminium" MMC

"Seaport Catering" MMC

1701469841

İşçilərin gündəlik yemək ilə təmin olunması xidmətinin satın alınması

838 159 AZN

23.11.2023

2

"Azəralüminium" MMC

"Seaport Catering" MMC

1701469841

İşçilərin gündəlik yemək ilə təmin olunması xidmətinin satın alınması

 

823 191 AZN

13.12.2023

Cəmi: 1 661 350 AZN

"Gulay-Food" MMC-nin udduğu tenderlər

1

"Sosial Xidmətlər Agentliyi" PHŞ

"Gulay-Food" MMC

1602518151

Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yemək ilə təmin edilməsi xidmətlərinin satın alınması


6 120 881 AZN


28.02.2024

 

Cəmi: 1 661 350 AZN

 

 

 

 

 

 

 

1

"Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" PHŞ

"Blissful" MMC

1701747191

Hazır yemək (catering) xidməti 2024

402 852 AZN

11.12.2023

2

"Əsaslı Tikinti və Təchizat" MMC

"Shusha Hospitality Group" MMC

2007114281

17-19 iyul 2024-cü il tarixlərində Şuşa şəhərində keçiriləcək "Vagif Poeziya Günləri" tədbiri üçün mehmanxana, qidalanma (nahar və şam yeməkləri) və qəhvə fasiləsi xidmətlərinin təmin edilməsinin satın alınması


175 600 AZN


20.07.2024

3

"Əsaslı Tikinti və Təchizat" MMC

"Smart Techno Services" MMC

3104503631

Mədəniyyət Nazirliyi üzrə keçiriləcək tədbir və digər proqramlarda hazır yemək (keytrinq) xidmətlərinin satın alınması

126 496 AZN

06.10.2023

4

Gənclər və İdman Nazirliyi

“Milli Gimnastika Arenası” MMC

1602057861

VII Respublika Robot Olimpiadasının keçirilməsi zamanı zalın icarəsi və yeməklə təminatı xidmətlərinin satın alınması


105 663 AZN


02.10.2024

5

"Azərsu" ASC

"Prestige Catering" MMC

3104340871

“Azərsu” ASC-nin daxili vəsaiti hesabına Oğuz-Qəbələ-Bakı (261,3km), BSK-1 (178,8km), BSK-2 (168km) magistral su kəmərlərində baş vermiş qəzalar zamanı və Ceyranbatan USQK-nin işçilərinin illik isti yeməklə təmin edilməsi xidmətinin satın alınması

101 280 AZN

15.05.2023

6

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ

"Dadlı Qida" MMC

3105095251

Oğuz-Qəbələ-Bakı magistral su kəmərlərində baş vermiş qəzalar zamanı və Ceyranbatan USQ-nin işçilərinin yeməklə təmin edilməsi xidmətinin satın alınması


98 265 AZN


20.12.2024

7

"Azerbaijan International Telecom (Azintelecom)" MMC

"Foodman" MMC

1602104001

"AzInTelecom" MMC-nin tələbatına əsasən əməkdaşlar üçün yeməkxana xidmətinin satın alınması


90 000 AZN


20.09.2024

8

Dövlət Sərhəd Xidməti

"Fam Food" MMC

3104757391

Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında stasionar müalicə alan pasiyentlər üçün hazır yemək (keytrinq)


89 208 AZN


02.12.2024

9

Dövlət İmtahan Mərkəzi" PHŞ

"Yuni Servis" MMC

1800723671

Yeməklərin hazırlanması və çatdırılması xidmətinin satın alınması

81 809 AZN

26.01.2023

10

"Əsaslı Tikinti və Təchizat" MMC

"Rash.M.M.Trade And Services-2020" MMC

1303449481

Tədbir və digər proqramlarda hazır yemək (catering) xidmətlərinin satın alınması


56 640 AZN


20.09.2024

11

Mədəniyyət Nazirliyi

"13" MMC

1903366791

Azərbaycanda Belarus Mədəniyyət Günlərinin keçrilməsi ilə əlaqədar qonaqların qidalanma, nahar və şam yeməkləri ilə təmin edilməsi xidmətinin satın alınması


55 200 AZN


30.04.2024

12

"Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" PHŞ

"İaşəçi" MMC

2700411431

Hazır yemək (ketring xidməti) Noyabr, Dekabr ayları üçün

37 677 AZN

16.11.2023

13

Gənclər və İdman Nazirliyi

“Azərbaycan İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi

1502087971

“Breyn Rinq” İntellektual oyununun XXIII və XXIV Azərbaycan Çempionatlarının televiziya layihəsinin təşkili və keçirilməsi ilə bağlı regional komandaların Bakı şəhərində yaşayış və yeməklə təmin olunması xidmətinin


29 250 AZN


13.06.2024

14

Naxçıvan MR-nın İqtisadiyyat Nazirliyi

"Tahmazov Company" MMC

2905938591

Tədbirin təşkil edilməsi (qonaqlama və yemək xərci daxil) xidmətlərinin satınalınması


15 322 AZN


24.05.2024

15

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi

"Betta Group" MMC

1307856931

Bölgələrdə keçirilən tədbirlər üçün yemək sifarişının təşkil olunması xidmətlərinin satın alınması


4 390 AZN


05.12.2024

16

"Azərterminalkompleks" Birliyi

Məmmədov Elnur Mahir Oğlu

6701656322

“Georgian Gradius” restoranı adlı iaşə obyektində "Sifarişçi”nin öncədən verdiyi sifariş əsasında banketlərin, işgüzar, nahar və axşam yeməklərinin, ziyafətlərin təşkili xidmətlərini "Sifarişçi” üçün göstərməyi.


488 AZN


28.10.2024

17

"Azərterminalkompleks" Birliyi

Nağıyev Vasif Ənvər Oğlu

1602416832

“Korsar” restoranı adlı iaşə obyektində "Sifarişçi”nin öncədən verdiyi sifariş əsasında banketlərin, işgüzar, nahar və axşam yeməklərinin, ziyafətlərin təşkili xidmətlərini "Sifarişçi” üçün göstərməyi.


345 AZN


28.10.2024

18

"Azərterminalkompleks" Birliyi

Kərimzadə Şahid Hidayət Oğlu

1601658992

“Lokanta” restoranı adlı iaşə obyektində "Sifarişçi”nin öncədən verdiyi sifariş əsasında banketlərin, işgüzar, nahar və axşam yeməklərinin, ziyafətlərin təşkili xidmətlərini "Sifarişçi” üçün göstərməyi.


60 AZN


28.10.2024

Cəmi: 7516768 AZN

YEKUN: 142954881 AZN

Seçilən
8
fed.az

1Mənbələr