AZ

2 yaşlı uşaq öpüşün qurbanı oldu

 

İngiltərədə 2 yaşlı Juvan adlı körpə, bir qohumu tərəfindən öpüldükdən sonra herpes virusuna yoluxaraq sol gözündə ciddi fəsadlarla üzləşib.

 

Sfera.az xarici mənbəyə istinadən xəbər verir ki, virus nəticəsində uşağın gözündə blisterlər yaranıb, buynuz qişasında isə 4 millimetrlik dəlik əmələ gəlib. Nəticədə yaranan infeksiya, həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Juvanın sol gözünün görmə funksiyasını tamamilə itirməsinə səbəb olub.

 

Həkimlər, infeksiyanın yayılmasının qarşısını almaq üçün uşağın göz qapaqlarını tikməyə məcbur qalıblar. Hazırda ailə Juvanın görmə qabiliyyətinin bərpası üçün sinir transplantasiyası və buynuz qişa transplantasiyası planlaşdırır. Lakin bu prosedurların tam nəticə verib-verməyəcəyi hələ də dəqiq bilinmir.

 

Juvanın ailəsi müalicə xərclərini qarşılamaq üçün vəsait toplamağa çalışır və eyni zamanda valideynlər arasında maarifləndirmə işləri aparır.                                
                                       

 

Fidan Hacızadə 

Seçilən
6
sfera.az

1Mənbələr