
Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının bu gün püşkatma mərasimi keçirilib.Apasport.az xəbər verir ki, mundialda iştirak edəcək 32 komanda 4 səbətə bölünüb.Yarışın favoritlərindən sayılan, Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan yığması Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya və Slovakiya ilə birlikdə I səbətdə yer alıb.II səbətdə Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritaniya, Qana, III səbətdə İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina Tailand, BƏƏ, Çad, İspaniya və Sloveniya qərarlaşıb.Polşa, Hindistan, Türkiyə, Kosta-Rika, İsrail, Bəhreyn, Özbəkistan və Argentina isə IV səbətdə yer alıb.İlk səbətin püşkünü Qurban Qurbanov atıb. İkinci səbətin şarlarını Rəşad Sadıqov çəkib.Üçüncü səbətin püşkü üçün səhnəyə Seymur Məmmədov yaxınlaşıb.Dördüncü səbətin püşkünü isə portuqaliyalı futbol ulduzu Luiş Nani çəkib.A qrupuAZƏRBAYCANMavritaniyaSloveniyaBəhreynB qrupuRumıniyaFransaÇadÖzbəkistanC qrupuMacarıstanUkraniyaİngiltərəTürkiyəD qrupuSlovakiyaBolqarıstanPortuqaliyaHindistanE qrupuMeksikaMonteneqroTaylandKosta RikaF qrupuQazaxıstanABŞBosniya və HerseqovinaPolşaG qrupuÇexiyaGürcüstanBƏƏArgentinaH qrupuSerbiyaQanaİspaniyaİsrailTurnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.Qeyd edək ki, Dünya Minifutbol Federasiyası (WMF) tərəfindən beşinci dəfə təşkil ediləcək mundialın son qalibi Rumıniya yığması olub.
Diqqət Çəkənlər
Mixail Saakaşvilinin cəzası bəlli oldu
Regina Folk Festivalı 55 ildən sonra daimi olaraq bağlanır
Ramazanın 12-ci günü: dua, imsak və iftar vaxtı