AZ

İsmayıllıda mal-qara arasında quduzluq yayılıb

İsmayıllı rayonunda təsərrüfatda mal-qaranın quduzluq xəstəliyinə yoluxması baş verib.

“Heftelik.az” “Apa TV”yə istinadən məlumat verir ki, İsmayıllının Kürdmaşı kəndinin sakinləri mövcud olan bu vəziyyətdən təşviş düşərək heyvandarlığa dəyən zərəri aradan qaldırmaq üçün yollar axtarırlar.

Onların sözlərinə görə, heyvanlar arasında quduzluq xəstəliyinin yayılması mal-qaranın kütləvi şəkildə tələf olur.

Kənd sakinlərinin bilirdiyinə görə, heyvanlar üçün təyin olunan peyvənd dövlət tərəfindən edilsə də ev heyvanları arasında yayılan və əksərriyyətinin tələf olması ilə nəticələnən bu xəstəlik hələ də davam edir.

Onlar həmçinin bildirir ki, mal-qara özünü son dövrdə çox qəribə apararaq hər kəsə hücum edir. Hətta, elə hallar olur ki, heyvanlar su içmirlər, gözləri həddən artıq qızararaq öz balalarına belə hücumlar edirlər. Kütləvi surətdə mal-qaranın bu halda olması və ard-arda tələf olması sakinləri çox narahat edir.

İsmayıllı rayon baytarlıq idarəsinə dəfələrlə müraciət olunsa da qurumdan mələsə ilə bağlı heç bir məlumat verilmədi.

Bu səbəbdən də kənddə baş verən təhlükəli durum və kənd sakinlərnin cavabsız suaları olduğu kimi qalmağa davam edir.

Müəllif: Türkan_zadə

Seçilən
9
heftelik.az

1Mənbələr