AZ

Baş direktor ÜST-ə dəstəyinə görə İlham Əliyevə təşəkkür etdi

Səhiyyə sülhə aparan bir körpüdür.

News365.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus bildirib.

Tedros Adhanom Qebreyesus qeyd edib ki, parçalanmış dünyanın birləşməsinə, sülhün bərqərar olmasına səhiyyə böyük töhfə verə bilər.

“ÜST-dəki həmkarlarımızla hər gün işimizi davam etdiririk. Daha dinc dünyanın qurulması yönündə səylərinə, ÜST-ə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”, - Baş direktor əlavə edib.

Seçilən
2
5
news365.az

10Mənbələr