Füzulidə yol qəzası baş verib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Füzuli rayonu ərazisində hərəkətdə olan "Toyota Prius" markalı, 77 EP 164 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarında aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"