AZ

Böyükşor gölü ilə bağlı elan edilən tender ləğv edildi

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin Bakıda Böyükşor gölü ətrafında yerləşən bulvar ərazisinin saxlanılması məqsədilə tələb olunan avadanlıqların , mal-materialların və tikinti materiallarının alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti qərar qəbul edib.

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Seçilən
0
2
yenigundem.az

3Mənbələr