AZ

Ukraynada ATACMS raketləri tükənib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Silahlı Qüvvələrinin arsenalında artıq ABŞ-nin ATACMS taktiki raketləri qalmayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Associated Press" Vaşinqtondakı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Kiyev tədarük edilmiş bütün mərmiləri istifadə edib. Məlum olub ki, Pentaqon Ukraynaya ümumilikdə 40-dək raket təhvil verib, onların sonuncusundan da yanvarın axırlarında istifadə edilib.
Mənbə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəhbərlərinin əvvəllər Ukraynaya ATACMS tədarükünün məhdud olacağı barədə xəbərdarlıq etdiklərini vurğulayıb.
"ABŞ və NATO hesab edib ki, Ukrayna ordusu üçün digər silahlar daha dəyərli olacaq", - deyə məlumatda qeyd olunur.
Seçilən
14
13
oxu.az

10Mənbələr