AZ

Sarqsyan Ermənistan torpaqlarını Çinə satırmış

AzVision.az Ermənistanın “Hraparak” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, Sarqsyanİrəvandakı “Yerablur” hərbi panteonunun yanında yerləşən torpaq sahələrinin qanunsuz satışı ilə bağlı iş çərçivəsində külli miqdarda vəsaiti mənimsəməkdə və çirkli pulların yuyulmasında şübhəli bilinir.

“Panteondan kifayət qədər uzaqda yerləşən bu torpaqların əsas alıcısı Çin səfirliyi olub. Müqavilə 2005-ci ildə hökumətin qərarı ilə bağlanıb və bu gün həmin yerdə Çin Xalq Respublikasının diplomatik nümayəndəliyi yerləşir”,- qəzet öz mənbələrinə istinadən yazır.

Nəşr onu da vurğulayır ki, bu proses Ermənistan-Çin münasibətlərini çətinləşdirə bilər, çünki indi rəsmi Pekin qalmaqall cinayət işinə cəlb olunur.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
7
1
azvision.az

2Mənbələr